Back to Languages

Azerbaijani - Chapter 58 - Al-Mujadila

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Mujadila 58:1

Əri barəsində səninlə mü­bahisə edən və Allaha şikayət edən qa­dı­nın sözünü Allah eşit­di. Allah sizin söhbə­tinizi eşi­dir. Hə­qi­qə­tən, Allah Eşi­dən­dir, Görəndir

Verse 2 — Surah Al-Mujadila 58:2

Sizlərdən öz qadınlarını anaya bən­zədərək özlərinə ha­ram edən­lərin zöv­cə­­ləri onların ana­ları deyillər. Anaları an­caq on­ları doğ­muş qadınlardır. On­lar yaramaz və yalan söz danı­şır­lar. Şüb­hə­siz ki, Allah əfv edən­dir, Bağış­la­yan­dır

Verse 3 — Surah Al-Mujadila 58:3

Qadınlarını anaya bənzə­dib onları özlə­rinə haram edən, sonra söz­lə­­rini geri gö­türənlər on­lar­la yaxınlıq etməzdən əv­vəl bir kölə azad et­məlidirlər. Bu sizə verilən öyüd-nəsi­hət­dir. Allah nə et­dik­lə­rinizdən xəbərdardır

Verse 4 — Surah Al-Mujadila 58:4

Buna imkan tapa bilmə­yən kəs, qa­dını ilə yaxınlıq et­məz­dən əv­­vəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çat­ma­yan kimsə alt­mış yoxsulu ye­dirt­mə­lidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətir­mə­niz üçündür. Bunlar Alla­hın qoy­du­ğu hüdud­lar­dır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir

Verse 5 — Surah Al-Mujadila 58:5

Allaha və Onun Rəsuluna qarşı çı­xanlar, özlərindən əv­vəl­ki­lə­rin al­çal­dıq­ları kimi al­çaldılacaqlar. Biz artıq açıq-aydın ayələr na­zil etdik. Kafir­ləri alçal­dıcı bir əzab gözləyir

Verse 6 — Surah Al-Mujadila 58:6

O gün Allah onların ha­mısını di­ril­dəcək və etdikləri əməlləri on­la­ra xə­bər verə­cək. Allah onları hesaba almış, onlar isə et­dik­lə­rini unutmuş­lar. Allah hər şeyə şahiddir

Verse 7 — Surah Al-Mujadila 58:7

Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildi­yi­ni gör­mür­sən? Üç nəfə­rin ara­sında gedən elə bir xəlvəti söh­bət yox­dur ki, onların dör­dün­cüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bun­dan az, is­tər­sə də çox olsunlar – ha­rada olur­sa olsun­lar, Allah on­larladır. Sonra Qiya­mət günü on­lara nə etdiklərini xə­bər ve­rə­cək­. Allah hər şeyi bilir

Verse 8 — Surah Al-Mujadila 58:8

Gizli söhbət qadağan edi­ləndən sonra yenə də qadağan olun­muş əmələ qayıdıb günah, düşmənçilik və Pey­ğəm­­bərə qarşı çıx­maq barədə öz arala­rında xısın-xısın danışanları gör­mədin­mi? On­­lar sənin ya­nına gəldikdə səni Alla­hın sa­lam­la­dığı kimi sa­lam­la­mır və öz-öz­lə­rinə: “Bəs niyə Allah bizi de­dik­lə­ri­mizə görə cəza­lan­­dır­mır?”– de­yir­lər. Cə­hən­nəm on­lara yetər. Onlar orada ya­na­caq­lar. Ora necə də pis dönüş ye­ridir

Verse 9 — Surah Al-Mujadila 58:9

Ey iman gətirənlər! Gizli danışdı­ğınız zaman günah, düş­mən­­çilik və Pey­ğəmbərə qarşı çıxmaq barədə danışma­yın. Yax­şı iş­lər və Allah­dan qorx­maq barədə danışın, hüzuruna top­lanaca­ğı­nız Allahdan qor­xun

Verse 10 — Surah Al-Mujadila 58:10

Gizli söhbətlər iman gə­tirənləri kədərləndirməyə çalı­şan şey­tan­dandır. Amma Alla­hın izni olmadıqca o, onlara heç bir zə­rər yetirə bilməz. Qoy mömin­lər Allaha təvəkkül et­sinlər

Verse 11 — Surah Al-Mujadila 58:11

Ey iman gətirənlər! Sizə: “Məc­lis­lərdə yer verin!”– de­yil­dik­də yer verin ki, Allah da sizə geniş yer versin. Ha­belə si­zə: “Qal­xın!”– deyildikdə qal­xın ki, Allah da sizdən iman gətirən­lərin və öz­lərinə elm ve­rilmiş kimsə­lə­rin dərə­cələrini ucaltsın. Allah nə et­dik­ləriniz­dən xəbərdardır

Verse 12 — Surah Al-Mujadila 58:12

Ey iman gətirənlər! Pey­ğəmbərlə gizli söhbət edəcə­yi­niz za­man bu söh­bətinizdən əv­vəl sədəqə verin. Bu sizin üçün daha xe­yir­li və daha pak­dır. Əgər bir şey tapmasanız bilin ki, Allah Bağış­la­yandır, Rəhm­lidir

Verse 13 — Surah Al-Mujadila 58:13

Məgər siz gizli söhbə­ti­nizdən əv­vəl sədəqə vermək­dən qorx­du­nuz­mu? Əgər siz bunu etməmisinizsə və Allah da töv­bə­ni­zi qəbul edibsə, on­da namaz qılıb zəkat verin, Allaha və Onun El­çi­sinə itaət edin. Allah nə etdikləri­nizdən xə­bər­dardır

Verse 14 — Surah Al-Mujadila 58:14

Məgər sən, Allahın qə­zəbinə gələn adamlarla dostluq edən­lə­ri görmə­din­mi? Onlar nə sizdəndirlər, nə də on­lar­dan. Onlar bilə-bi­lə yalandan and içirlər

Verse 15 — Surah Al-Mujadila 58:15

Allah onlar üçün şiddət­li bir əzab hazırlamışdır. On­la­rın et­di­yi əməllər necə də pis­dir

Verse 16 — Surah Al-Mujadila 58:16

Onlar andlarını özlərinə sipər edib insanları Allah yo­lundan dön­dərdilər. Onları al­çaldıcı bir əzab gözləyir

Verse 17 — Surah Al-Mujadila 58:17

Allaha qarşı nə malları, nə də öv­ladları onlara heç bir fayda ve­rmə­yəcək. Onlar Cəhənnəm sakinləridir və onlar ora­da əbədi qa­la­caqlar

Verse 18 — Surah Al-Mujadila 58:18

Allah onların hamısını dirildə­cəyi gün onlar sizə and iç­dik­lə­ri kimi, Ona da and içə­cək və nə isə əldə etdik­lərini güman edə­cək­lər. Əslində, on­lar əsl yalançılardır

Verse 19 — Surah Al-Mujadila 58:19

Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unut­dur­muş­dur. Onlar şeyta­nın firqəsindəndirlər. Şübhə yox­dur ki, şey­tanın firqəsində­kilər zi­yana uğrayanlardır

Verse 20 — Surah Al-Mujadila 58:20

Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kim­sə­lər arasında olacaqlar

Verse 21 — Surah Al-Mujadila 58:21

Allah əzəldən belə yaz­mışdır: “Mən və elçilərim hök­mən qa­lib gələcəyik!” Həqiqə­tən, Allah Qüvvətlidir, Qüdrət­lidir

Verse 22 — Surah Al-Mujadila 58:22

Allaha və Axirət günü­nə iman gətirən elə bir camaat tapa bil­məz­sən ki, onlar Alla­ha və Onun Rəsuluna düş­mən olan­larla – öz ata­ları, oğulları, qar­daşları, qohum-əqrəbaları ol­sa­lar belə – dost­luq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tə­rə­fin­dən bir ruhla dəstəkləmişdir. Allah onları ağac­ları altından çay­lar axan cən­nətlərə daxil edə­cək­. Onlar orada əbədi qala­caq­­lar. Allah onlardan razıdır, on­lar da Allahdan razıdırlar. On­lar Alla­­hın firqəsidirlər. Həqi­qə­tən, məhz Alla­hın firqəsi ni­cat ta­pan­lar­dır