Back to Languages

Azerbaijani - Chapter 74 - Al-Muddaththir

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Muddaththir 74:1

Ey libasına bürünüb ör­tün­müş pey­ğəmbər

Verse 2 — Surah Al-Muddaththir 74:2

Qalx və insanları xə­bər­dar et

Verse 3 — Surah Al-Muddaththir 74:3

Təkcə Rəbbini uca tut

Verse 4 — Surah Al-Muddaththir 74:4

Geyimini təmiz saxla

Verse 5 — Surah Al-Muddaththir 74:5

Pis şeyləri tərk et

Verse 6 — Surah Al-Muddaththir 74:6

Yaxşılığı təmənna məq­sə­dilə etmə

Verse 7 — Surah Al-Muddaththir 74:7

Rəbbin üçün səbir et

Verse 8 — Surah Al-Muddaththir 74:8

Sur üfürülərkən –

Verse 9 — Surah Al-Muddaththir 74:9

Çətin bir gün olacaq

Verse 10 — Surah Al-Muddaththir 74:10

Həmin gün kafirlərə asan olma­ya­caq

Verse 11 — Surah Al-Muddaththir 74:11

Məni yaratdı­ğım kimsə ilə tək burax

Verse 12 — Surah Al-Muddaththir 74:12

Mən ona bolluca var-dövlət ba­ğış­ladım

Verse 13 — Surah Al-Muddaththir 74:13

qayğısına qalan oğullar verdim

Verse 14 — Surah Al-Muddaththir 74:14

və onu hər cür imkan­larla təmin etdim

Verse 15 — Surah Al-Muddaththir 74:15

Bunlara baxmayaraq, o, ye­nə də əlavə etməyimi arzu­layır

Verse 16 — Surah Al-Muddaththir 74:16

Xeyr! Çünki o, ayələri­mizi inadla inkar edir

Verse 17 — Surah Al-Muddaththir 74:17

Mən onu sərt bir yoxuşa sürük­lə­yəcəyəm

Verse 18 — Surah Al-Muddaththir 74:18

Çünki o, fikirləşərək qə­rara gəldi

Verse 19 — Surah Al-Muddaththir 74:19

Ona ölüm olsun! Necə qərara gəldi

Verse 20 — Surah Al-Muddaththir 74:20

Sonra yenə ona ölüm ol­sun! Gör nə qərara gəldi

Verse 21 — Surah Al-Muddaththir 74:21

Sonra o nəzər saldı

Verse 22 — Surah Al-Muddaththir 74:22

Sonra üz-gözünü turşudub qaş-qabağını tökdü

Verse 23 — Surah Al-Muddaththir 74:23

Sonra da arxasını çevi­rib təkəb­bür göstərdi

Verse 24 — Surah Al-Muddaththir 74:24

və dedi: “Bu, sehrbaz­lar­dan eşidi­lib təkrarlanan sehr­dən baş­qa bir şey de­yil

Verse 25 — Surah Al-Muddaththir 74:25

Bu, adi insan kəlamıdır

Verse 26 — Surah Al-Muddaththir 74:26

Mən onu Səqərə sala­ca­ğam

Verse 27 — Surah Al-Muddaththir 74:27

Sən haradan biləsən ki, Səqər nədir

Verse 28 — Surah Al-Muddaththir 74:28

O, kimsəni sağ-salamat bu­rax­maz

Verse 29 — Surah Al-Muddaththir 74:29

dərini yandırıb-yaxar

Verse 30 — Surah Al-Muddaththir 74:30

Onun üzərində on doq­quz gözətçi mələk var

Verse 31 — Surah Al-Muddaththir 74:31

Biz Cəhənnəm gözətçi­lərini yal­nız mələklər­dən etdik və on­la­rın sa­yını on doqquz et­dik ki, bu, kafir­lər üçün ancaq bir sınaq ol­sun, özlə­rinə Kitab verilənlər yəqinlik hasil etsin­lər, iman gə­ti­rən­lə­rin ima­nı art­sın, Kitab ve­rilən­lər və mö­min­lər haqqa şübhə etmə­sin­lər və qəlblərində xəs­təlik olanlar və kafir­lər: “Allah bu mə­səllə nə demək istə­yir?”– desinlər. Allah istədiyi kimsəni belə az­dırır, is­­tədiyini də doğru yola yönəl­dir. Sə­nin Rəbbinin qo­şunları ba­rə­də yal­nız Özü bilir. Bu, bə­şəriyyət üçün ancaq bir xatır­latmadır

Verse 32 — Surah Al-Muddaththir 74:32

Verse 33 — Surah Al-Muddaththir 74:33

And olsun dönüb uzaq­laşan ge­cəyə

Verse 34 — Surah Al-Muddaththir 74:34

And olsun ağarmaqda olan sübh çağına

Verse 35 — Surah Al-Muddaththir 74:35

Doğrudan da o Cəhən­nəm ən bö­yük fəlakətdir

Verse 36 — Surah Al-Muddaththir 74:36

həm bəşəriyyət üçün xə­bərdar­lıqdır

Verse 37 — Surah Al-Muddaththir 74:37

həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düş­mək is­tə­yənlər üçün

Verse 38 — Surah Al-Muddaththir 74:38

Hər bir kəs qazan­dığı­nın giro­vuna çevrilir

Verse 39 — Surah Al-Muddaththir 74:39

sağ tərəf sahiblərindən başqa

Verse 40 — Surah Al-Muddaththir 74:40

Onlar cən­nətlərdə bir-bir­lərindən soruşacaq­lar –

Verse 41 — Surah Al-Muddaththir 74:41

günahkarlar barəsində

Verse 42 — Surah Al-Muddaththir 74:42

Sizi Səqərə salan nədir

Verse 43 — Surah Al-Muddaththir 74:43

Onlar deyəcəklər: “Biz namaz qı­lanlardan deyildik

Verse 44 — Surah Al-Muddaththir 74:44

Kasıbı da yedizdirməz­dik

Verse 45 — Surah Al-Muddaththir 74:45

Batil sözlər danışanlarla birlikdə biz də danışardıq

Verse 46 — Surah Al-Muddaththir 74:46

və Haqq-hesab gününü yalan hesab edərdik –

Verse 47 — Surah Al-Muddaththir 74:47

ölüm yəqinliyi bizə gə­lə­nə qədər”

Verse 48 — Surah Al-Muddaththir 74:48

Odur ki, şəfaət edən­lə­rin şəfaəti onlara fayda verməz

Verse 49 — Surah Al-Muddaththir 74:49

Onlara nə olub ki, nəsi­hətdən üz dön­dərirlər

Verse 50 — Surah Al-Muddaththir 74:50

Sanki ürküdülmüş vəhşi uzunqu­laqlardır ki

Verse 51 — Surah Al-Muddaththir 74:51

ovçulardan yaxud aslan­dan qaçır­lar

Verse 52 — Surah Al-Muddaththir 74:52

Əksinə, onlardan hər bi­ri vəhy olunmuş səhifələrin məhz ona verilmə­sini istəyir

Verse 53 — Surah Al-Muddaththir 74:53

Xeyr! Əksinə, onlar Axi­rətdən qorxmurlar

Verse 54 — Surah Al-Muddaththir 74:54

Xeyr! Bu Quran bir nə­sihətdir

Verse 55 — Surah Al-Muddaththir 74:55

İstəyən onu xatır­layar

Verse 56 — Surah Al-Muddaththir 74:56

Bilin ki, Allah istəmə­dik­cə onlar xatırlaya bil­məz­lər. Müt­ləq qüd­rətindən qorxub çə­kin­məyə layiq olan da, bağış­la­mağa qadir olan da Odur