Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 74 - Al-Muddaththir
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Al-Muddaththir 74:1
Ey libasına bürünüb örtünmüş peyğəmbər
Verse 2 — Surah Al-Muddaththir 74:2
Qalx və insanları xəbərdar et
Verse 3 — Surah Al-Muddaththir 74:3
Təkcə Rəbbini uca tut
Verse 4 — Surah Al-Muddaththir 74:4
Geyimini təmiz saxla
Verse 5 — Surah Al-Muddaththir 74:5
Pis şeyləri tərk et
Verse 6 — Surah Al-Muddaththir 74:6
Yaxşılığı təmənna məqsədilə etmə
Verse 7 — Surah Al-Muddaththir 74:7
Rəbbin üçün səbir et
Verse 8 — Surah Al-Muddaththir 74:8
Sur üfürülərkən –
Verse 9 — Surah Al-Muddaththir 74:9
Çətin bir gün olacaq
Verse 10 — Surah Al-Muddaththir 74:10
Həmin gün kafirlərə asan olmayacaq
Verse 11 — Surah Al-Muddaththir 74:11
Məni yaratdığım kimsə ilə tək burax
Verse 12 — Surah Al-Muddaththir 74:12
Mən ona bolluca var-dövlət bağışladım
Verse 13 — Surah Al-Muddaththir 74:13
qayğısına qalan oğullar verdim
Verse 14 — Surah Al-Muddaththir 74:14
və onu hər cür imkanlarla təmin etdim
Verse 15 — Surah Al-Muddaththir 74:15
Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır
Verse 16 — Surah Al-Muddaththir 74:16
Xeyr! Çünki o, ayələrimizi inadla inkar edir
Verse 17 — Surah Al-Muddaththir 74:17
Mən onu sərt bir yoxuşa sürükləyəcəyəm
Verse 18 — Surah Al-Muddaththir 74:18
Çünki o, fikirləşərək qərara gəldi
Verse 19 — Surah Al-Muddaththir 74:19
Ona ölüm olsun! Necə qərara gəldi
Verse 20 — Surah Al-Muddaththir 74:20
Sonra yenə ona ölüm olsun! Gör nə qərara gəldi
Verse 21 — Surah Al-Muddaththir 74:21
Sonra o nəzər saldı
Verse 22 — Surah Al-Muddaththir 74:22
Sonra üz-gözünü turşudub qaş-qabağını tökdü
Verse 23 — Surah Al-Muddaththir 74:23
Sonra da arxasını çevirib təkəbbür göstərdi
Verse 24 — Surah Al-Muddaththir 74:24
və dedi: “Bu, sehrbazlardan eşidilib təkrarlanan sehrdən başqa bir şey deyil
Verse 25 — Surah Al-Muddaththir 74:25
Bu, adi insan kəlamıdır
Verse 26 — Surah Al-Muddaththir 74:26
Mən onu Səqərə salacağam
Verse 27 — Surah Al-Muddaththir 74:27
Sən haradan biləsən ki, Səqər nədir
Verse 28 — Surah Al-Muddaththir 74:28
O, kimsəni sağ-salamat buraxmaz
Verse 29 — Surah Al-Muddaththir 74:29
dərini yandırıb-yaxar
Verse 30 — Surah Al-Muddaththir 74:30
Onun üzərində on doqquz gözətçi mələk var
Verse 31 — Surah Al-Muddaththir 74:31
Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?”– desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır
Verse 32 — Surah Al-Muddaththir 74:32
Xeyr! And olsun aya
Verse 33 — Surah Al-Muddaththir 74:33
And olsun dönüb uzaqlaşan gecəyə
Verse 34 — Surah Al-Muddaththir 74:34
And olsun ağarmaqda olan sübh çağına
Verse 35 — Surah Al-Muddaththir 74:35
Doğrudan da o Cəhənnəm ən böyük fəlakətdir
Verse 36 — Surah Al-Muddaththir 74:36
həm bəşəriyyət üçün xəbərdarlıqdır
Verse 37 — Surah Al-Muddaththir 74:37
həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düşmək istəyənlər üçün
Verse 38 — Surah Al-Muddaththir 74:38
Hər bir kəs qazandığının girovuna çevrilir
Verse 39 — Surah Al-Muddaththir 74:39
sağ tərəf sahiblərindən başqa
Verse 40 — Surah Al-Muddaththir 74:40
Onlar cənnətlərdə bir-birlərindən soruşacaqlar –
Verse 41 — Surah Al-Muddaththir 74:41
günahkarlar barəsində
Verse 42 — Surah Al-Muddaththir 74:42
Sizi Səqərə salan nədir
Verse 43 — Surah Al-Muddaththir 74:43
Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik
Verse 44 — Surah Al-Muddaththir 74:44
Kasıbı da yedizdirməzdik
Verse 45 — Surah Al-Muddaththir 74:45
Batil sözlər danışanlarla birlikdə biz də danışardıq
Verse 46 — Surah Al-Muddaththir 74:46
və Haqq-hesab gününü yalan hesab edərdik –
Verse 47 — Surah Al-Muddaththir 74:47
ölüm yəqinliyi bizə gələnə qədər”
Verse 48 — Surah Al-Muddaththir 74:48
Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz
Verse 49 — Surah Al-Muddaththir 74:49
Onlara nə olub ki, nəsihətdən üz döndərirlər
Verse 50 — Surah Al-Muddaththir 74:50
Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki
Verse 51 — Surah Al-Muddaththir 74:51
ovçulardan yaxud aslandan qaçırlar
Verse 52 — Surah Al-Muddaththir 74:52
Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin məhz ona verilməsini istəyir
Verse 53 — Surah Al-Muddaththir 74:53
Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar
Verse 54 — Surah Al-Muddaththir 74:54
Xeyr! Bu Quran bir nəsihətdir
Verse 55 — Surah Al-Muddaththir 74:55
İstəyən onu xatırlayar
Verse 56 — Surah Al-Muddaththir 74:56
Bilin ki, Allah istəmədikcə onlar xatırlaya bilməzlər. Mütləq qüdrətindən qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur