Back to Languages

Azerbaijani - Chapter 76 - Al-Insan

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Insan 76:1

Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir

Verse 2 — Surah Al-Insan 76:2

İnsanı qarışdırılmış nüt­fə­dən ya­ra­daraq onu sınaqdan ke­çir­mək məqsə­dilə eşidən və gö­rən etdik

Verse 3 — Surah Al-Insan 76:3

Şübhəsiz ki, Biz ona yol göstər­dik! Fərqi yoxdur, ya şü­kür et­sin, ya da na­şükür olsun

Verse 4 — Surah Al-Insan 76:4

Doğrudan da, kafirlərdən ötrü zən­cirlər, buxovlar və alovlu bir atəş hazır­la­mışıq

Verse 5 — Surah Al-Insan 76:5

Sözsüz ki, yaxşılar ka­fur qatıl­mış şərabla dolu badə­dən içəcəklər

Verse 6 — Surah Al-Insan 76:6

Bu elə bir bulaqdır ki, Allahın qul­ları ondan doyunca içər və onun mənsə­bini istə­dik­ləri səmtə yönəldərlər

Verse 7 — Surah Al-Insan 76:7

Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsı­dacaq gün­dən qor­xarlar

Verse 8 — Surah Al-Insan 76:8

Onlar özlərinin istə­dikləri şeylər­dən kasıba, yetimə, əsi­rə verər

Verse 9 — Surah Al-Insan 76:9

və deyərlər: “Biz sizi yal­nız Allahın Üzü xatirinə (ixlasla, savabını Allahdan umaraq) yedir­di­rik və siz­dən nə əvə­zini, nə də minnətdarlıq gözləyirik

Verse 10 — Surah Al-Insan 76:10

Əslində, biz, Rəbbimiz­dən gələ bilən çox kəskin və ağır bir gün­dən eh­tiyat edirik!”

Verse 11 — Surah Al-Insan 76:11

Bunun əvəzində Allah da onları həmin günün şərindən qo­ru­yar və on­lara gözəllik və sevinc nəsib edər

Verse 12 — Surah Al-Insan 76:12

onlara səbir etdiklə­rinə gö­rə Cən­nəti bəxş edər və onları ora­da ge­yə­cəkləri ipəklə mü­ka­fat­lan­dırar

Verse 13 — Surah Al-Insan 76:13

Onlar orada taxtlar üzə­rində mü­təkkələrə dirsəklənə­cək və ora­da nə gü­nəş, nə də şaxta görməyəcəklər

Verse 14 — Surah Al-Insan 76:14

Cənnət ağaclarının köl­gə­ləri özləri onlara yaxınlaşa­caq, mey­və­ləri də tam onların ixti­yarına veriləcək

Verse 15 — Surah Al-Insan 76:15

Onların ətrafına təam­lar­la dolu gü­müşdən hazırlan­mış qab­lar və büllur qədəhlər do­landı­rılacaq

Verse 16 — Surah Al-Insan 76:16

Gümüşdən olan elə bül­lur qə­dəh­lər ki, xidmətçilər on­ları cən­nətdə­kilə­rin içmək istə­dikləri həcmdə hazırla­mışlar

Verse 17 — Surah Al-Insan 76:17

Orada onlara zəncəfil qa­­tılmış şərab badəsi də içir­di­lə­cək

Verse 18 — Surah Al-Insan 76:18

Bu elə bir bulaqdandır ki, o, Cən­nətdə Səlsəbil adla­nır

Verse 19 — Surah Al-Insan 76:19

Onların ətrafında həmi­şə gənc olan xidmətçi cavanlar do­la­na­caq­lar. On­ları gördükdə sə­pələn­miş mirvari dənə­ləri ol­duq­la­rı­nı sanarsan

Verse 20 — Surah Al-Insan 76:20

Cənnətdə hara baxsan ne­mət və əzəmətli səltənət ni­şa­nəsi gö­rər­sən

Verse 21 — Surah Al-Insan 76:21

Onlar əyinlərinə taftadan və at­lazdan yaşıl paltarlar ge­yə­cək­lər. Onla­rın qoluna gü­müş bilərzik­lər bağlana­caq. On­la­rın Rəb­bi onlara tərtəmiz şərab içir­dəcək­

Verse 22 — Surah Al-Insan 76:22

Onlara deyiləcək: “Hə­qiqətən, bu sizə bir hədiy­yədir və sə­yi­niz təşək­kürə la­yiqdir”

Verse 23 — Surah Al-Insan 76:23

Biz Quranı sənə hissə-hissə aramla nazil etdik

Verse 24 — Surah Al-Insan 76:24

Belə ki, Rəbbinin qərar verəcə­yinə qədər səbir et və on­lar­dan heç bir günah­kara və ya nankora itaət etmə

Verse 25 — Surah Al-Insan 76:25

Səhər-axşam Rəbbinin adını zikr et

Verse 26 — Surah Al-Insan 76:26

Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müd­dət Onun şəninə təriflər de

Verse 27 — Surah Al-Insan 76:27

Həqiqətən, bunlar ötə­ri dün­yanı üstün tutaraq qar­şı­la­rın­da­kı ağır günə etinasız yanaşırlar

Verse 28 — Surah Al-Insan 76:28

Biz onları yaratdıq və xil­qətini möhkəmlətdik. Əgər is­təsək, on­ları öz­lərinə bən­zər­lə­ri ilə dəyiş­dirərik

Verse 29 — Surah Al-Insan 76:29

Həqiqətən, bu bir ibrət­dir. İstə­yən, Rəbbinə doğru apa­ran bir yol tu­tar

Verse 30 — Surah Al-Insan 76:30

Amma Allah istəmə­yin­cə, siz istəyə bilməzsiniz! Hə­qiqə­tən, Allah hər şeyi biləndir, hikmət sahibidir

Verse 31 — Surah Al-Insan 76:31

O, istədiyini Öz mərhə­mə­tinə qovuşdurar. Zalımlara isə, O, ağ­rılı-acılı əzab hazır­la­mış­dır