Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 76 - Al-Insan
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Al-Insan 76:1
Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir
Verse 2 — Surah Al-Insan 76:2
İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik
Verse 3 — Surah Al-Insan 76:3
Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun
Verse 4 — Surah Al-Insan 76:4
Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovlu bir atəş hazırlamışıq
Verse 5 — Surah Al-Insan 76:5
Sözsüz ki, yaxşılar kafur qatılmış şərabla dolu badədən içəcəklər
Verse 6 — Surah Al-Insan 76:6
Bu elə bir bulaqdır ki, Allahın qulları ondan doyunca içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər
Verse 7 — Surah Al-Insan 76:7
Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar
Verse 8 — Surah Al-Insan 76:8
Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə, əsirə verər
Verse 9 — Surah Al-Insan 76:9
və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə (ixlasla, savabını Allahdan umaraq) yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik
Verse 10 — Surah Al-Insan 76:10
Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!”
Verse 11 — Surah Al-Insan 76:11
Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər
Verse 12 — Surah Al-Insan 76:12
onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və onları orada geyəcəkləri ipəklə mükafatlandırar
Verse 13 — Surah Al-Insan 76:13
Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər
Verse 14 — Surah Al-Insan 76:14
Cənnət ağaclarının kölgələri özləri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək
Verse 15 — Surah Al-Insan 76:15
Onların ətrafına təamlarla dolu gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq
Verse 16 — Surah Al-Insan 76:16
Gümüşdən olan elə büllur qədəhlər ki, xidmətçilər onları cənnətdəkilərin içmək istədikləri həcmdə hazırlamışlar
Verse 17 — Surah Al-Insan 76:17
Orada onlara zəncəfil qatılmış şərab badəsi də içirdiləcək
Verse 18 — Surah Al-Insan 76:18
Bu elə bir bulaqdandır ki, o, Cənnətdə Səlsəbil adlanır
Verse 19 — Surah Al-Insan 76:19
Onların ətrafında həmişə gənc olan xidmətçi cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan
Verse 20 — Surah Al-Insan 76:20
Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən
Verse 21 — Surah Al-Insan 76:21
Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcək
Verse 22 — Surah Al-Insan 76:22
Onlara deyiləcək: “Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”
Verse 23 — Surah Al-Insan 76:23
Biz Quranı sənə hissə-hissə aramla nazil etdik
Verse 24 — Surah Al-Insan 76:24
Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbir et və onlardan heç bir günahkara və ya nankora itaət etmə
Verse 25 — Surah Al-Insan 76:25
Səhər-axşam Rəbbinin adını zikr et
Verse 26 — Surah Al-Insan 76:26
Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de
Verse 27 — Surah Al-Insan 76:27
Həqiqətən, bunlar ötəri dünyanı üstün tutaraq qarşılarındakı ağır günə etinasız yanaşırlar
Verse 28 — Surah Al-Insan 76:28
Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, onları özlərinə bənzərləri ilə dəyişdirərik
Verse 29 — Surah Al-Insan 76:29
Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar
Verse 30 — Surah Al-Insan 76:30
Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir
Verse 31 — Surah Al-Insan 76:31
O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır