Ey iman gətirənlər! Səsinizi Peygəmbərin səsindən yuksəyə qaldırmayın və bir-birinizə muraciət etdiyiniz kimi ona da uca səslə muraciət etməyin. Yoxsa, ozunuz də hiss etmədən əməlləriniz hədər gedər
Həqiqətən, Allahın Rəsulu yanında səsini endirənlər o səxslərdir ki, Allah onların qəlbini təqva ucun sınaga cəkmisdir. Onları bagıslanma və boyuk mukafat gozləyir
Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu arasdırın. Yoxsa bilmədən bir qovmə pislik edər, sonra da bunun pesmancılıgını cəkərsiniz
Bilin ki, Allahın Rəsulu aranızdadır. Əgər o, bir cox islərdə sizə guzəstə getsəydi, cətinliyə dusərdiniz. Lakin Allah sizə imanı sevdirmis, onu qəlbinizə gozəl gostərmis, sizdə kufrə, gunaha və asi olmaga qarsı nifrət oyatmısdır. Dogru yolda olanlar da onlardır
Əgər mominlərdən iki dəstə bir-biri ilə vurussa, onları barısdırın. Əgər onlardan biri digərinə qarsı təcavuz etsə, təcavuzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək, vurusun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barısdırın və insaflı olun. Sozsuz ki, Allah insaflıları sevir
Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxsı olsunlar. Qadınlar da qadınları laga qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxsı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə cagırmayın. Iman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tovbə etməyənlər zalımlardır
Ey iman gətirənlər! Zənnə cox qapılmayın. Cunki zənn edilənlərin bir qismi gunahdır. Bir-birinizi gudməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz olmus qardasının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tovbələri qəbul edəndir, Rəhmlidir
Ey insanlar! Biz sizi kisi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Subhəsiz ki, Allah yanında ən hormətli olanınız Ondan ən cox qorxanınızdır. Həqiqətən, Allah hər seyi biləndir, hər seydən xəbərdardır
Bədəvilər: “Biz iman gətirdik!”– dedilər. De: “Siz qəlbən iman gətirmədiniz! Ancaq: “Biz musəlman olduq!”– deyin. Iman sizin qəlblərinizə hələ daxil olmamısdır. Əgər Allaha və Onun Elcisinə itaət etsəniz, O sizin əməllərinizdən hec bir sey əskiltməz. Subhəsiz ki, Allah Bagıslayandır, Rəhmlidir!”
Mominlər ancaq Allaha və Onun Rəsuluna iman gətirən, sonra hec bir səkk-subhəyə dusməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! Imanlarında sadiq olanlar da məhz onlardır
Onlar musəlman olduqlarına gorə sənə minnət qoyurlar. De: “Musəlman olmusunuz deyə mənə minnət qoymayın! Əgər dogru danısanlarsınızsa, bilin ki, əslində Allah sizi imana gətirməklə sizə mərhəmət gostərmisdir!”